...

Cənub Qaz Dəhlizi ilə hidrogen nəqli üçün potensial var

Energetika Materials 3 İyun 2022 16:57 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi ilə hidrogen nəqli üçün potensial var.

Trend-in məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Biz "yaşıl" texnologiyalar sahəsinə keçidi planlaşdırırıq. Artıq bu istiqamətdə müvafiq proqramlar hazırlanır. Biz alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında, Cənub Qaz Dəhlizi ilə hidrogen nəqlində potensial görürük. Bu transformasiya iqlim təhlükəsizliyinin təmin olunmasına yönəlib", - deyə o bildirib.

Ə.İsayev qeyd edib ki, hazırda Cənub Qaz Dəhlizinin buraxılış gücünün ildə 31 milyard kubmetrədək artırmaq imkanları var. Hazırda bu marşrutun gücü ildə 16 milyard kubmetr təşkil edir.

O əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən bu layihənin reallaşdırılması və inkişafı üçün bu günədək 10,4 milyard dollar vəsait ayrılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti