...

Aİ ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış yeni memorandumun TƏFƏRRÜATLARI

Energetika Materials 18 İyul 2022 20:44 (UTC +04:00)
Aİ ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış yeni memorandumun TƏFƏRRÜATLARI
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

18 iyul Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənəddə tərəflərin razılığı ilə ifadə edilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji münasibətləri və əməkdaşlığı enerji bazarlarının açıqlığına, rəqabətə davamlılığına, diversifikasiyasına və təhlükəsizliyinə töhfə verən əsas amildir.

Tərəflər, həmçinin, ratifikasiya etdikləri Paris Sazişinin qarşıya qoyduğu hədəfləri xatırladırlar və beləliklə, əlaqədar istixana qazları emissiyalarını azaltmaqla havanın temperaturunun 1,5 dərəcə selsi səviyyəsinə qədər artmasının məhdudlaşdırılması istiqamətində səylərini davam etdirmək niyyətindədirlər.

Tərəflər sazişin məqsədlərinə nail olmaq və onun tam icrasını təmin etmək üçün əməkdaşlıq etmək niyyətindədirlər.

Avropa İttifaqı təbii qazın 2030-cu ilə qədər enerji istehlakı və elektrik enerjisi istehsalı baxımından mühüm rol oynamağa davam edəcəyini qəbul edir. Gələcəkdə təbii qaz 2050-ci ilə qədər iqlim neytrallığı öhdəliyinə uyğun olaraq tədricən dəyişdirilərkən Avropa İttifaqında istifadə olunmağa davam edəcək.

Tərəflər, həmçinin, onu imzalayanlardan 2030-cu ilə qədər metan emissiyalarını kollektiv şəkildə ən azı 30 faiz azaltmağı tələb edən Qlobal Metan Öhdəliyinin əhəmiyyətini tanıyır və tədarük zəncirlərində metan emissiyalarını azaltmaq üçün lazımi addımları atmağa hazırdırlar.

Azərbaycan təbii qaz hasil etdiyinə və Avropa İttifaqı onu idxal etdiyinə görə tərəflər bu təchizat zəncirini mümkün qədər səmərəli, ətraf mühitə və iqlimə uyğunlaşdırmağın kollektiv məsuliyyət olduğunu başa düşürlər. Tərəflər qlobal istiləşmə ilə mübarizədə və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında yaşıl elektrik enerjisinin əhəmiyyətini, həmçinin enerji sistemlərinin təhlükəsizliyini və dayanıqlığını artırmaq potensialını qəbul edirlər. Hesab edirlər ki, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, o cümlədən, elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq üçün mühüm potensial mövcuddur.

Tərəflər, həmçinin, ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, müstəqilliyinə, bir-birinin, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərin suverenliyinə, eləcə də mehriban qonşuluq münasibətləri prinsipinə hörmət və dəstək sadiqliklərini vurğulayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti