...

Azərbaycan Aİ-nin təbii qaz tədarüklərini əvəz etmək səylərində böyük rol oynayacaq - BQİ

Energetika Materials 3 Avqust 2022 08:00 (UTC +04:00)
Azərbaycan Aİ-nin təbii qaz tədarüklərini əvəz etmək səylərində böyük rol oynayacaq - BQİ
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) qısa müddət ərzində təqribən 155 milyard kubmetr təbii qaz tədarükünü əvəz etməyi hədəflədiyi üçün Azərbaycan kimi həyatqabiliyyətli və etibarlı mənbələr burada mühüm rol oynayacaq.

Bu barədə Trend-ə Beynəlxalq Qaz İttifaqından (BQİ) bildirilib.

Aİ və Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində imzalanmış anlaşması memorandumuna toxunaraq BQİ-dən bildirilib ki, ittifaq Beynəlxalq Enerji Xartiyasının uzun müddət üzvü olan Azərbaycan üçün bu müsbət hadisəni alqışlayır.

"Bu, qlobal enerji təhlükəsizliyinin yaxşılaşdırılması və qaz və enerji bazarlarında tarazlığın bərpası istiqamətində bir addımdır. Təchizatın şaxələndirilməsini və bazar əlaqəsini təkmilləşdirən tədbirlər enerji təhlükəsizliyini təmin edir", - deyə BQİ-dən bildirilib.

Qeyd edilib ki, dünya görünməmiş enerji böhranı və qiymət artımı ilə mübarizə aparır və bunun öhdəsindən yalnız qlobal enerji bazarlarında yenidən tarazlıq əldə edildikdən sonra nail olmaq olar.

"Yenidən balanslaşdırma uzunmüddətli investisiya tələb edən yeni tədarüklər tələb edəcək. Mövcud siyasi mühiti məlum səbəblərdən qısa müddətli perpektivdə tədarükün təmin edilməsi prioritetinə yönəlib, uzunmüddətli düşünmə və real resurs planlaması da vaxtlı investisiyalar üçün vacibdir. Azərbaycan qaz ehtiyatlarını daha da inkişaf etdirmək və tədarükünü artırmaq üçün böyük potensiala malik olduğunu bəyan edib. Azərbaycan 2011-ci ildən qaz hasilatını iki dəfə artırıb ki, bu da heyranedici nailiyyətdir. Bununla belə, Azərbaycan kimi istehsalçılar yeni təctədarükləк üçün uzunmüddətli perspektivdə istehlakçılardan zəmanət gözləyəcəklər, xüsusən də yeni infrastrukturun qurulması və ya mövcud infrastrukturun genişləndirilməsi üçün investisiyaların yatırılması zərurəti ilə əlaqədar", - deyə BQİ-dən bildirilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti