...

bp AÇG üzrə xərcləri azaldıb

Energetika Materials 4 Avqust 2022 13:11 (UTC +04:00)
bp AÇG üzrə xərcləri azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısı ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə isə əməliyyat məsrəfləri 266 milyon dollar, əsaslı məsrəflər 846 milyon dollar təşkil etmişdi.

Beləliklə, bp-nin AÇG üzrə əməliyyat məsrəfləri 14 faiz, əsaslı məsrəflər 6,5 faiz azalıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti