...

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat azalıb

Energetika Materials 4 Avqust 2022 13:36 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2022-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilat gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin birinci yarısında neft hasilatı sutkada 468 min barelə bərabər idi. Beləliklə, AÇG üzrə hasilat 9,4 faiz azalıb.

"2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub", - məlumatda deyilir.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti