Bakı. Trend:
Neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir:
"Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda, narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə OPEC+ çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm. Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik OPEC+ fəaliyyətini hər zaman dəstəkləyir", - P.Şahbazov yazıb.