...

İspaniya Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına töhfə vermək niyyətindədir

Energetika Materials 29 Noyabr 2022 13:46 (UTC +04:00)
İspaniya Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına töhfə vermək niyyətindədir
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji payının 30 faizə çatdırılması üzrə hədəfinə öz töhfəsini vermək niyyətindədir.

Trend-in məlumatına görə, bunu bu gün İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisiya Serrano Sançes "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.

"Bərpa olunan enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin vacib elementidir. Biz "Elecnor" şirkətinin reallaşdırdığı layihənin köməyi ilə bu siyasəti dəstəkləməyi planlaşdırırıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 4-də “Azərbaycan İnvestisiya Şirkəti ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti