Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 8-də 78,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,26 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,2 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,19 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 76,36 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,2 dollar/barel azdır.