Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 82,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,9 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,72 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 79,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,71 dollar/barel azdır.
