Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu 10% azaldaraq, bir barel üçün 92,36 dollardan 83,1 dollara endirib.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya İdarəsinin hesabatında deyilir.
2024-cü ildə İdarə "Brent" markalı neftin qiymətinin 77,57 dollar/barel səviyyəsində olacağını gözləyir.
"WTI" markalı xam neftin qiyməti 2023-cü ildə 77,18 dollar/barel, 2024-cü ildə isə 71,57 dollar/barel səviyyəsində proqnozlaşdırılır.