Bakı. Trend:
“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiymətinin 95 dollara çatacağını gözləyir.
Trend cümə axşamı agentliyə istinadən xəbər verir ki, "Fitch" 2023-cü ildə neftin qiymətinin 2022-ci ildəki 102 dollar/barellə müqayisədə orta hesabla 95 dollar/barel olacağını, təbii qazın qiymətinin isə orta hesabla 133 avrodan aşağı düşəcəyini proqnozlaşdırır.
“Biz inanırıq ki, enerji qiymətləri pandemiyadan əvvəlki səviyyədən yuxarı qalmağa davam edəcək və Azərbaycan iqtisadiyyatı bundan ancaq faydalanacaq”, - agentliyin bəyanatında deyilir.