Bakı. Trend:
Yaxın illərdə Qaradəniz sualtı enerji xətti ilə 3 GVt-lıq “yaşıl” enerji və hidrogen nəqli sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmiz resurslarla təmin olunmasında mühüm rol oynayan ölkəyə çevriləcək.
Trend-ə Azərbaycan Eneregetika Nazirliyindən çərşənbə günü verilən məlumata görə, bu barədə Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf həftəsi çərçivəsində “Yaşıl hidrogen sammit”ində çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib.