...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 28 Yanvar 2023 09:46 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 27-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar ucuzlaşaraq 88,91 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,00 dollar ucuzlaşaraq 86,85 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,85 dollar ucuzlaşaraq 48,89 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 27-də 0,91 dollar ucuzlaşaraq 85,99 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti