...

BVF 2023-cü ildə neftin qiymətinin 16% azalacağını proqnozlaşdırıb

Energetika Materials 31 Yanvar 2023 08:26 (UTC +04:00)
BVF 2023-cü ildə neftin qiymətinin 16% azalacağını proqnozlaşdırıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelinin qiymətinin bu il 16,2% azalaraq 81,13 dollara düşəcəyini proqnozlaşdırır.

Trend xəbər verir ki, BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivləri barədə hesabatına yanvar yeniləməsində deyilir.

"2023-cü ildə neftin qiymətinin təxminən 16%, qeyri-yanacaq məhsullarının isə orta hesabla 6,3% ucuzlaşacağı gözlənilir", - deyə hesabatda bildirilir.

29 noyabr 2022-ci il tarixinə fyuçers bazarlarında hesablanan orta proqnoz qiyməti 2023-cü ildə 81,13 dollar, 2024-cü ildə isə 75,36 dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti