...

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Energetika Materials 30 Mart 2023 09:24 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 29-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 0,12 dollar bahalaşaraq 80,86 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar bahalaşaraq 78,48 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,18 dollar bahalaşaraq 44,38 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 29-da 0,19 dollar bahalaşaraq 78,03 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti