...

Neft qiymətləri aşağı düşüb

Energetika Materials 6 Aprel 2023 10:04 (UTC +04:00)
Neft qiymətləri aşağı düşüb

Bakı. Trend:

Dünyada neft qiymətləri cümə axşamı səhər ucuzlaşmaqdadır.

Trend sövdələşmə məlumatlarına istinadən bildirir ki, ABŞ-də xammal ehtiyatlarının azalmasına dair xəbərlərə baxmayaraq, mənfi iqtisadi statistika tələbatla bağlı narahatlıqları artırıb.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,54% azalaraq 84,53 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 80,07 dollara düşüb.

Treyderlər ABŞ-nin statistikasına diqqət yetiriblər. Beləliklə, ABŞ-nin xidmət sferasında işgüzar fəaliyyət indeksi mart ayında azalaraq fevral ayındakı 55,1%-dən 51,2%-ə düşüb və gözlənilən 54,5%-dən aşağı olub.

Bununla yanaşı bazarlar ABŞ-də neftin kommersiya ehtiyatlarına dair həftəlik məlumatları da dəyərləndirir. 31 martda bitən həftə göstərici proqnozdan çox, yəni 3,7 milyon barel azalıb. Halbuki cəmi 2,3 milyon azalma gözlənilirdi.

Həftənin əvvəlindən başlayaraq neft kotirovkaları təqribən 5,4% artım nümayiş etdirir. Həftənin əvvəlində OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından sonra qiymətlər qəfil yüksəlib.

"Həftənin əvvəlində OPEC ölkələrinin gözlənilmədən hasilatı azaltması onların qiymətləri 80 dollardan yuxarı saxlamaqda maraqlı olduqlarının güclü siqnalıdır", - "Bloomberg" agentliyi "Vanir Global Markets Pte"nin idarəedici direktoru Ceysm Uistlerdən sitat gətirir. Ekspert hasilatı artırmaq imkanları məhdud olduğundan dünyanın qalan hissəsinin bununla bağlı çox az şey edə biləcəyini qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti