...

Cənub Qaz Dəhlizi Aİ-nin enerji potensialının transformasiyasına töhfə verib - Emma Nikolson

Energetika Materials 29 May 2023 18:48 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Aİ-nin enerji potensialının transformasiyasına töhfə verib - Emma Nikolson

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Aİ-nin enerji potensialının transformasiyasına töhfə verib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi təkcə Aİ-nin deyil, həm də Avropanın enerji potensialını transformasiya edib.

"Biz çox xoşbəxtik ki, Böyük Britaniya və Azərbaycan enerji sektorunda sıx əməkdaşlıq edir. Bu baxımdan, təbii ki, əsas oyunçu BP-dir. Qeyd etmək lazımdır ki, BP yaşıl enerji sahəsində də xeyli işlər görüb", - deyə E.Nikolson bildirib.

O, həmçinin əlavə edib ki, bu əməkdaşlıq təkcə Böyük Britaniya üçün deyil, həm də bir sıra Aİ dövlətləri üçün faydalıdır.

Həmçinin Emma Nikolson “yaşıl” enerjinin inkişafı sahəsində ölkələr arasında əməkdaşlığa da toxunub.

"Biz həm də bərpa olunan enerjinin inkişafında irəliləmişik, çünki enerjinin “ənənəvi” forması artıq dünyada qəbul olunmur. Bu baxımdan biz yaşıl enerji sektorunu daha da inkişaf etdirmək üçün Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq edirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti