...

OPEK-in baş katibi dünyada neft emalı potensialının artırılmasının vacibliyini vurğulayıb

Energetika Materials 2 İyun 2023 01:21 (UTC +04:00)

Bakı. Trend:

OPEK-in baş katibi Həysəm əl-Qeys neft məhsullarına artan tələbatı ödəmək üçün dünyanın neft emalı potensialının artırılmasının vacibliyini vurğulayıb.

Trend OPEK-in saytına istinadən xəbər verir ki, bu sözləri o, neft hasil edən ölkələrin, o cümlədən OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlıq xartiyası iştirakçılarının 13-cü texniki görüşündə deyib.

Əl-Qeys OPEK-ə üzv ölkələrini neft emalı potensialının genişləndirilməsi, o cümlədən Küveytdə "Al Zour", Nigeriyada "Dangote" və Səudiyyə Ərəbistanında "Jazan" kimi neft emalı zavodlarının tikintisi üzrə göstərdikləri əhəmiyyətli səylərə görə təqdir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti