...

Azərbaycan əmtəə qazının hasilatını artırıb

Energetika Materials 15 İyun 2023 12:31 (UTC +04:00)
Azərbaycan əmtəə qazının hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycan əmtəə qazının hasilatını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz artırıb.

Trend bu barədə çərşənbə günü Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatlarına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda təbii qaz hasilatı 20,2 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 15,302 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı isə illik hesablamada 2,9 faiz artıb.

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda kondensatla birlikdə təqribən 12,761 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 12,729 milyon tonu əmtəə neftinin payına düşüb. Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8,4 faiz azaldıb. Həmçinin əmtəə neftinin hasilatı il ərzində 8,4 faiz azalıb.

Qeyd edək ki, 2023-cü ilinilk beş ayı ərzində Azərbaycan Avropaya (4,8 milyard kubmetr), Türkiyəyə (4,3 milyard kubmetr) və Gürcüstana (1,2 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Türkiyəyə 2,4 milyard kubmetr qaz ixrac olunub. Neft ixracı isə 10,6 milyon ton olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti