...

Azərbaycanın AÇG-dən əldə etdiyi xalis gəlir açıqlanıb

Energetika Materials 13 Sentyabr 2023 12:07 (UTC +04:00)
Azərbaycanın AÇG-dən əldə etdiyi xalis gəlir açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 2001-ci ildən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi xalis gəlir 168 milyard dollar olub.

Trend çərşənbə günü xəbər verir ki, bunu BP Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Sanqaçal terminalı üzrə mediaturda deyib.

O qeyd edib ki, bp və tərəfdaşlarının bugünədək Azərbaycan, Gürcüstan və Türkiyəyə qoyduğu investisiyalar 84 milyard dollardır.

Xatırladaq ki, Azəri, Çıraq və Dərinsulu Günəşli yataqlarının işlənilməsi üzrə saziş 20 sentyabr 1994-cü ildə imzalanıb.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti