...

TAP konsorsiumu qaz tədarüklərinin həcmini açıqlayıb

Energetika Materials 29 Noyabr 2023 15:53 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə bugünədək 30 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

Trend bu barədə TAP konsorsiumuna istinadən xəbər verir.

"İndiyədək fəaliyyətimizin əsas prinsipləri olaraq etibarlılıq və təhlükəsizliyə sadiq qalaraq, Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik", - deyə konsorsiumdan bildiriblər.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti