...

Azərbaycanın qaz ixracından hasilatı məlum olub

Energetika Materials 19 Dekabr 2023 18:03 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qaz ixracından hasilatı 2023-cü ilin ilk on bir ayı ərzində ötən ilin analoji dövründəki 14,8 milyard dollarla müqayisədə, 12,8 milyard dollar olub.

Trend bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycanın təbii qaz ixracından hasilatı illik hesablamada 13,7 faiz azalıb.

Bununla belə, Azərbaycandan təbii qaz ixracı 2023-cü ilin ilk on bir ayında 2022-ci ilin eyni dövründəki 18,6 milyard kubmetrlə müqayisədə, 30,7 faiz artım nümayiş etdirərək, 24,4 milyard kubmetrədək çatıb.

DGK-nin məlumatlarına görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı ötən ilki 40,75 faizlə müqayisədə azalaraq 40,54 faiz olub.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti