Bakı. Trend:
2025-ci ilin birinci yarısında Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik hasilat təqribən 327 min barel/gün təşkil edib.
Bu barədə Trend "bp" şirkətinə istinadən məlumat verib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu rəqəm sutkada 336 min barel olub.
Beləliklə, AÇG-də hasilat illik göstəricisi üzrə 2,7% azalıb.
"AÇG 2025-ci ilin birinci yarısında təhlükəsiz və sabit hasilatı davam etdirib. Ümumi hasilat orta hesabla sutkada təxminən 327 min barel olub — bu isə təxminən 59 milyon barel və ya 8 milyon ton deməkdir. Platformalar aşağıdakı göstəriciləri təmin edib: Çıraq - 21 000 barel, Mərkəzi Azəri - 86 000 barel, Qərbi Azəri - 75 000 barel, Şərqi Azəri - 42 000 barel, dərinsulu Günəşli - 54 000 barel, Qərbi Çıraq - 24 000 barel, 24 000 barel". - deyə şirkətin açıqlamasında bildirilib.
Qeyd edək ki, Hasilatın Pay Bölgüsü Müqaviləsi tərəfləri adından AÇG blokunun operatoru qismində "BP Exploration (Caspian Sea) Limited" şirkəti çıxış edir.
Layihədə paylar aşağıdakı kimi bölüşdürülüb: bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh - 292%.