Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Böyük Britaniyaya 337 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 648,3 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 59,1 milyon dollar və ya 14,9 faiz və həc baxımından 11,7 min ton və ya 1,8 faiz azdır.
2024-cü ildə Azərbaycandan Böyük Britaniyaya 396,1 milyon dollar dəyərində 660 min ton neft və neft məhsulları ixrac olunub.
Hesabat dövrü ərzində, Böyük Britaniya Azərbaycandan ən çox neft və neft məhsulları idxal etmiş ölkələrin sırasında 9-cu yerdə qərarlaşıb.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
