...

"SOCAR Türkiye" dayanıqlı aviasiya yanacağının ticarətinə başlayır

Energetika Materials 2 Fevral 2026 18:47 (UTC +04:00)
"SOCAR Türkiye" dayanıqlı aviasiya yanacağının ticarətinə başlayır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR Türkiyə enerji sektorunun transformasiyasını sürətləndirməyə yönəlmiş səylər çərçivəsində, dayanıqlı inkişaf və aviasiyada karbon emissiyalarının azaldılmasına fokuslanaraq, dayanıqlı aviasiya yanacağı (SAF) ticarətinə başlayıb.

Bu barədə Trend şirkətə istinadən xəbər verir.

SAF ilə ilk kommersiya əməliyyatı 29 yanvar 2026-cı il tarixində həyata keçirilib.

"SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov bildirib ki, bu addım şirkətin davamlı inkişaf prinsiplərinə sadiqliyini əks etdirir.

“Biz dayanıqlılığı fəaliyyətimizin əsas elementi kimi qəbul edirik və ekoloji və sosial aspektləri nəzərə alan transformasiya anlayışı ilə hərəkət edirik . Enerji sektorundakı geniş təcrübəmiz və inteqrasiya olunmuş biznes modelimiz bizə dayanıqlı gələcəyə doğru konkret addımlar atmağa imkan verir. STAR Neft Emalı Zavodumuzun imkanları, tədqiqat potensialı və rəqəmsal bacarıqları vasitəsilə həyata keçirilən SAF təşəbbüsümüz bu strategiyanın mühüm təzahürüdür. Biz əminik ki, aviasiya yanacağı sahəsində apardığımız işlər inkişaf edəcək və yeni əməkdaşlıqlar üçün yol açacaq. SOCAR Türkiyə gələcəkdə də ekoloji və sosial faydaya yönəlmiş layihə və investisiyaları həyata keçirəcək”, – deyə İbadov qeyd edib.

Qeyd edək ki, "SOCAR Türkiye" 13 avqust 2025-ci il tarixində Turkish Airlines ilə SAF sahəsində birgə fəaliyyətə dair anlaşma memorandumu imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti