...

BU YAXINLARDA BAYVA-ENERJI ŞİRKƏTİNİN FƏALİYYƏTİNİN YOXLANMASI BAŞA ÇATACAQ

Energetika Materials 20 İyun 2005 13:15 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Bayva-Qerbenerji və Bayva-Cənubenerji enerjipaylaşdırıcı şəbəkəsinin operatoru olan Bayva-Enerji şirkətinin fəaliyyəti üzrə yoxlamalar davam edir.

Yoxlamanı baş prokurorluq, Maliyyə, Vergilər, Sənaye və Energetika nazirlikləri mütəxəsislərinin daxil olduğu komissiya aparır. "Şirkətin fəaliyyəti üzrə bütün sənədlər komissiyaya təqdim olunub. Yoxlamalar kompleks şəkildə aparılır. Yaxın vaxtlarda onun başa çatacağı gözlənilir" - deyə Bayva-Enerji-dən bildirilib.

Şirkətdən həmçinin deyiblər ki, komissiya hər hansı bir pozuntunun aşkarlanması üzrə məlumatı onlara təqdim etməyib. Ehtimallara görə, yoxlamalar üzrə hesabat komissiyaya rəhbərlik edən baş prokurorluq tərəfindən elan olunacaq.

Xəbər lenti

Xəbər lenti