Sumqayıt elektrik stansiyasının (SES - Azərenerji və Siemens -in layihəsi) yeni buxar-qaz qurğusunun (BQQ) inzibati blokunun özülü üçün sahə hazırlanır.Bu barədə Trend agentliyinə SES-nin direktoru Vüqar Şahmuradova istinadən Azərenerji -nin mətbuat xidmətində bildirilib.
Onun sözlərinə görə, yaxın vaxtlarda ölkənin ali rəhbərliyinin iştirakı ilə ilk simvolik daşın təməl qoyma mərasimi keçiriləcək. "Gələcək elektrik stansiyasının əsas vəzifəsi Sumqayıtın enerji təchizatının keyfiyyət etibarilə yaxşılaşdırılmasıdır.
Mütəxəssislər yaxın bir neçə ildə bu regionda elektrik enerjisinə tələbatın əhəmiyyətli artımını proqnozlaşdırır" -deyə V.Şahverdiyev qeyd edib.
SES başçısının sözlərin görə, ötən həftənin sonunda gələcək BQQ inzibati korpusunun özülündə aparılan işlərin bir hissəsi başa çatdırılıb. Konkret tikinti işlərinin başlaması ilə obyektə 1000-dən çox işçi cəlb ediləcək.
Ümumilikdə tikinti işləri 2007-ci ilin ikinci yarısında başa çatdırılacaq ki, artıq 2007/2008-ci illərin qış mövsümündə stansiya tam enerji verə bilsin.
Bayerisce Landesbank və Fransanın Societe Generale və BNP Paribas şirkətlərə başçılıq edən Avropa bankları konsorsiumu tərəfindən layihənin gerçəkləşdirilməsi üçün 300,335 mln.Avro məbləğində kredit verilib.Tikintiyə 257 mln. Avro xərclənəcək, maliyyənin qalan hissəsi kreditin sığortalanmasına, məsləhətçi xidməti haqqının ödənməsi və s. yönəldiləcək.