...

BARMEK AZERBAIJAN BORCLARINI MÜQAVİLƏ ŞƏRTLƏRİNƏ UYĞUN ÖDƏYƏCƏK

Energetika Materials 8 Avqust 2005 16:40 (UTC +04:00)

Barmek Azerbaijan Azerenerji Səhmdar Cəmiyyətinə olan borclarını İnqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq ödəyəcək. Trend in məlumatına görə, bu barədə avqustun 8-də Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Hüseyn Arabul bəyan edib.

Onun sözlərinə görə, 3 il yarım ərzində şirkətin müqavilə üzrə ödənilməmiş borcları Bakı şəhərində 967 116 621 341 manat təşkil edir. "Bu borc

Müəssisə tərəfindən 2008 -ci ildən başlayaraq 2018-ci ilə kimi ödəniləcək", - deyə H.Arabul qeyd edib.

Eyni zamanda, şirkət rəhbərinin məlumatına görə, Sumqayıt üzrə borc 439 409 859 759 manat təşkil edir ki, bu da 2011-ci ildən başlayaraq 2021-ci ilə kimi ödəniləcək.

Sayğacların quraşdırılması məsələsinə toxunan H.Arabul bu prosesin həddindən artıq uzandığını qeyd edib. "Mən sayğacların quraşdırılmasının cari ilin sentyabrına kimi başa çatdırılması barədə sərəncam vermişəm", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti