...

AR DNŞ NEFTİN "ŞİMAL" MARŞRUTU İLƏ İXRACINDAN İMTİNA ETMƏK İSTƏMİR

Energetika Materials 12 Avqust 2005 17:02 (UTC +04:00)

AR DNŞ öz neftinin ixracı üçün Bakı-Novorossiysk boru kəmərinin istifadəsindən imtina etmək niyyətində deyil. Bu barədə avqustun 12-də keçirilmiş mətbuat konfransında Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyev bildirib. "Mən açıq bəyan edirəm - bu boru kəməri bizə lazımdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu gün Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını həyata keçirməkdən imtina etmək düzgün olmazdı. "O, bizim üçün alternativ boru kəməridir", - deyə N.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti