...

EKOLOGİYA NAZİRLİYİ MƏHKƏMƏ QƏRARININ LƏĞV EDİLMƏSİ İLƏ BAĞLI KASSASİYA ŞİKAYƏTİ VERMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 29 Avqust 2005 17:52 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi Ali Məhkəmənin Salyan Oil Limited (SOL) əməliyyat şirkətinin xeyrinə çıxardığı qərarın ləğv edilməsi ilə bağlı kassasiya şikayəti vermək niryyətindədir. Bu barədə Trend ə nazirlikdən məlumat veriblər.

"Biz hələləik məhkəmənin rəsmi qərarını almışıq. Onun alınmasından sonra kassasiya şikayəti barədə sənədlər hazırlanacaq. Biz axıradək getmək niyyətindəyik və ətraf mühitin müdafiəsini təmin etmək niyyətindəyik. Zərurət yaranarsa, biz Konstitusiya məhkəməsinə də müraciət edəcəyik ", - deyə nazirlikdən bildiriblər.

Ekologiya Nazirliyi SOL-dan neftin müqavilə sahəsinə axıdıldığı üçün 758 milyon 271 min 250 manatlıq cərimə tələb edir.

Tərəflər arasında məhkəmə araşdırmaları 2003-cü ilin oktyabrından başlayıb.

SOL "Kürsəngi" - "Qarabağlı" quru neyt yatağının işlənməsi ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti