...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ OKTYABRDA NOVOROSSİYSKDƏN BİR TANKER PARTİYASI NEFT YÜKLƏMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 2 Sentyabr 2005 13:53 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrda Novorossiyskdən 80 min ton bir neft tankerini limanın 2 saylı körpüsündən yükləmək niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Analoji vəziyyət sentyabrda da baş vermişdi. O zaman şirkət Rusiya limanından 79 min ton neft satmışdı.

Avqustda ARDNŞ-in Novorossiyskdən tankerlərə yüklədiyi Ural nefti 308,1 min ton təşkil edir ki, bu da 2005-ci ilin iyul ayındakından 223,4 min ton və ötən ilin avqustundan 70,9 min ton çoxdur. Yanvar-avqust aylarında ARDNŞ Novorossiyskdən 1,3 milyn. ton Ural nefti yükləyib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 430 min ton azdır. Bakı Novorossisyk boru kəmərinə 1 ton neftin vurulmasının tarifi 15,67 dollardır.

Xəbər lenti

Xəbər lenti