...

DÖVLƏT NEFT ŞİRKƏTİ YANVAR-AVQUST AYLARINDA NEFT HASİLATINI CÜZİ ŞƏKİLDƏ AZALDIB

Energetika Materials 2 Sentyabr 2005 18:09 (UTC +04:00)

Yanvar-avqust aylarında Azərbaycan Neft Şirkəti (ARDNŞ) qurudakı və dənizdəki neft yataqlarından 5991,2 min ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 min ton azdır. ARDNŞ-dən Trend ə verilən məlumata görə, Dövlət Neft Şirkətinin neft-qaz hasilatı idarələri dənizdə və quruda bu dövrdə ümumi həcmi 5347,1 min ton neft hasil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 28,2 min ton (və ya 0,5%) azdır.

2005-ci ilin yanvar-avqust aylarında ARDNŞ-in iştirakı ilə quru və dənizdəki yataqlardan karbohidrogen hasil edən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində xarici şirkətlər, 644,1 min ton neft hasil ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30 min ton (yaxud 4,9%) çoxdur.

2005-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ümumi qaz hasilatı 3589,6 milyn. Kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 268,8 milyn. kubmetr (və ya 8,1%) çoxdur.

Bu zaman ARDNŞ-in NQÇİ-nə 2546,4 milyn. kubmetr qaz daxil olub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39 milyn.kubmetr azdır. BM və ƏŞ bu dövrdə 68,4 milyn. kubmetr qaz hasil ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 milyn. kubmetr azdır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-avqust aylarında 974,8 milyn. kubmetr səmt qazı hasil ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 323 milyn. kubmetr çoxdur.

2005-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft və qaz hasilatının ümumi cədvəli belədir:

Neft

(min ton)

Avqust 2005-ci il

yanvar-avqust 2005-ci il.

yanvar-avqust 2004 -cü il

Fakt

plan

fakt

%

Fakt

%

Cəmi

761,2

5826

5991,2

102,8

5989,4

100

NQÇİ

678,2

5293,8

5347,1

101

5375,3

Xəbər lenti

Xəbər lenti