Bakı və Sumqayıtın enerji paylayıcılarının operatoru olan Barmek Holding Türkiyənin enerjipaylayıcıları şəbəkəsinin özəlləşdirilməsində iştirak etmək niyyətindədir. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul ekskluziv məlumat verib.
Şirkətin başçısı bildirib ki, Türkiyənin, eləcə də İstanbul, Ankara və İzmir şəhərlərinin elektrikpaylayıcıları şəbəkəsinin özəlləşdirilməsi üzrə tenderin 2005-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulub.
"Biz həmçinin Bişkek şəhərinin də energipaylayıcı şəbəkəsini uzun müddətli nəzarətə götürmək istəyirik. Qırğızıstanın baş naziri Feleks Kulov Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin idarə olunması üzrə layihəni bəyənib.
Tezliklə mən Qırğızıstana səfər edəcəyəm. Orada mənim parlamentdə çıxışım da gözlənilir. Əgər parlament də bizim layihəmizi dəstəkləsə, biz onun həmin ölkədə reallaşdırılmasına başlayacağıq ", - deyə o qeyd edib.
Bundan başqa H.Arabul bildirib ki, yaxın vaxtlarda Moldovada da enerjidaşıyıcıları üzrə tender elan olunacaq ki, şirkət burada da iştirak da maraqlıdır.