...

ARDNŞ YÜKSƏK DEBİTLİ QAZ QUYUSUNU İSTİSMARA VERİB

Energetika Materials 7 Sentyabr 2005 15:50 (UTC +04:00)

"Günəşli" yatağının dayazsulu hissəsində yeni qaz quyusu istismara verilib. Bu barədə "Tpendə" burada öz vəsaiti hesabına neft və qaz hasilatı ilə məşğul olan ARDNŞ-dən məlumat verilib.

14 saylı dəniz stasionar platformasındakı 14 saylı quyunun debiti 100 min kubmetr qaz təşkil edir. Quyu 3490 metr ldərinliyə qədər qazılıb. ARDNŞ-dən bildiriblər ki, "Günəşli"gə daha 4 istismar quyusu qazılır. Qazma işlərini "Bayıl limanı" dəniz qazma işləri İdarəsi həyata keçirir.

"Günəşli"nin dayaz sulu hissəsinin işlənməsi 1980-ci ildən həyata keçirilir. O, Abşeron yarımadasının cənub-şərqində yerləşir və Azərbaycan neft hasilatının 65% -ə qədərinivə ölkənin dənizdə neft hasilatının 83% -i təşkil edir. Sahənin neft ehtiyatı 94-130 milyn. ton neftdən ibarət olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti