...

BATUMİ NEFT TERMİNALI TƏXMİNƏN 6 MLN. TON NEFT MƏHSULU YÜKLƏRİ YÜKLƏYİB

Energetika Materials 10 Sentyabr 2005 11:47 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust ayları ərzində Qara dənizdə yerləşən Batumi neft terminalı vasitəsilə 5,9 mln. ton neft məhsulu yükləri yüklənib ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 1,4 mln. ton çoxdur.Bu barədə "Tpend"ə limana yaxın mənbələrdən məlum olub.

2004-cü il ərzində Batumi limanı vasitəsilə 6,778 mln. ton neft məhsulu yükləri yüklənib ki, bu da 2003-cü illə müqayisədə 1,9 mln. ton azdır.

Mənbələrin məlumatına əsasən, 2005-ci ilin avqustunda Batumi limanında yüklənmə 687,5 min ton təşkil edib ki, bu da 2004-cü ilin avqustundan 51,8 min ton çoxdur.

Batumi neft terminalı ildə 15 mln. tonadək neft məhsulu yükləri yükləmək qabiliyyətindədir. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə 30-90 min ton tutumlu tankerlər xidmət göstərir.Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılmış həcmdə yüklər üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti