...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ NOVOROSSİYSKDƏN MƏNFƏƏT NEFTİNİN SATIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 26 Sentyabr 2005 16:15 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) FOB bazisi ilə Novorossiysk limanından 142 min ton Urals neftinin satışı üzrə tender elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tender sentyabrın 29-da bağlı elan ediləcək.

Novorossiyskin N1 körpüsündən bir partiya neftin oktyabrın 21-22-də yüklənəcəyi gözlənilir", - deyə şirkətdən bildirilib.

Bu partiya AR DNŞ üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilmiş mənfəət neftidir. AR DNŞ-in bu layihədə 10% payı var. Partiyanın nəqlindən əldə olunacaq vəsaitlər ölkənin dövlət neft fonduna daxil olacaq.

Aşağıdakı şirkətlər ilin əvvəlindən AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton);
İyul - Mercuria Energy Trading (170 min ton);
Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);
Sentyabr - LUKOIL (79 min ton).

Xəbər lenti

Xəbər lenti