...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti "Günəşli" yatağı üzrə öncə qazma proqramına başlayıb

Energetika Materials 23 Dekabr 2005 16:29 (UTC +04:00)

Dekabrın 22-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" (AÇQ) müqavilə sahəsinə daxil olan dərinsulu "Günəşli" yatağında öncə qazma proqramına başlayıb. Trend in xəbər verdiyi kimi, ABƏŞ-in dekabrın 23-də yayılmış press-relizində bildirilir ki, bundan əvvəl Şərqi Azəri sahəsində öncə qazma proqramı uğurla başa çatdırılıb.

Sənəddə qeyd olunur ki, dekabrın 23-də "Dədə-Qorqud" qazma qurğusu dərinsulu Günəşli sahəsinə gətirilib. Burada birinci öncə qazma quyusunun qazma işlərinə dekabrda başlanacaq.

Dərinsulu "Günəşli" yatağı üzrə öncə qazma proqramı 7 quyudan ibarətdir, bunlardan 6-sı hasilat, biri isə qazma şlamının yenidən laya vurulması (bu quyu yalnız platforma qazma əməliyyatları üçün istifadə olunacaq) quyusu kimi planlaşdırılır.

Öncə qazma və sualtı suvurma qazma proqramlarının başa çatdırılması üçün iümumi müddət təxminən 2 il yarımdır. Bu strukturda öncə qazma proqramı üzrə qazma podratçısı CDC BM-dir.

Xəbər lenti

Xəbər lenti