...

2006-cı ildə AR DNŞ iki NEZ-dən 500 min ton mazut satacaq

Energetika Materials 11 Yanvar 2006 12:42 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) 2006-cı ildə mazutun satışı üzrə tenderi bağlı elan edib. Şirkətdən Trend ə verilən məlumata görə, 2006-cı il ərzində Bakının "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) və Azərneftyağ NEZ-dən Sinqapurun Petrofarm şirkətinə 500 min ton mazut satılacaq.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, 2006-cı ildə Azərneftyağ NEZ tərəfindən 200 min ton M-40 növlü, "Heydər Əliyev adına" NEZ tərəfindən isə 300 min ton M-100 növlü mazut ixrac olunacaq. Bu zavodlardan məhsulun ixracı ilə AR DNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar idarəsi məşğul olacaq.

Mazutun tədarükünə bu gün başlanacaq. Bundan başqa, Azərneftyağ NEZ-dən 15 min ton naftanın satışı üzrə tenderin bağlanması gözlənilir.

Qeyd edək ki, 2006-cı ilin yanvarından Azərneftyağ NEZ-in öz məhsullarını dünya bazarlarına müstəqil ixrac etmək hüququ "Heydər Əliyev adına" NEZ-dən neft məhsullarının satışı və Azərbaycan neftinin ixracı ilə məşğul olan AR DNŞ-in MİƏİ-yə verilib.

Xəbər lenti

Xəbər lenti