...

Hava şəraitinin pisləşməsinə baxmayaraq "Azərenerji" elektrik enerjisi tələbatını təmin edir

Energetika Materials 18 Yanvar 2006 17:12 (UTC +04:00)

Respublika ərazisində hava şəraitinin pisləşməsinə baxmayaraq Bakı və Abşeron yarımadasında elektrik enerjisinin verilməsində heç bir məhdudiyyət yoxdur. Trend bildirir ki, bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir.

SC-də qeyd olunub ki, Bakı və Abşeronun ehtiyacının təmin edilməsi üçün Barmek Azerbaijan (Azərbaycanın Bakı şəhərinin və şimal rayonlarının enerji paylayıcı şəbəkəsini idarə edir) şirkəti tərəfindən 1,160 mln. kVt/s elektrik energisi verilib.

Yanvarın 17-də "Azərenerji" tərəfindən cəmi 78,5 mln. kVt/s elektrik energisi istehsal edilib. Rusiya və İrandan Azərbaycana 7,082 mln. kVt/s elektrik energisi tədarük olunub. Bu, respublikada elektrik enerjisinə artan tələbatı tamamilə təmin etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti