...

AR DNŞ Novorossiysk limanından neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 8 Fevral 2006 11:24 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) 2006-cı ilin fevralında Novorossiysk limanından 60 min ton Urals növlü neftin satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Tenderin qalibi Glencore Energy UK LTD neft treyderidir.

"Partiyanın fevralın 26-27-də Novorossiysk terminalının N6 və ya N7 körpüsündən yüklənməsi gözlənilir", - deyə AR DNŞ-dən bildirilib.

2005-ci ildə AR DNŞ Novorossiysk limanından 1,631 mln ton neft yükləyib. Bu göstərici 2004-cü ildə 2,559 mln ton təşkil edib. Noyabrda və 2004-cü ilin dekabrında yüklənmiş 167,2 min ton və 166,3 min tona qarşı 2005-ci ilin dekabrında 86,5 min ton neft yüklənib. 2006-cı ilin yanvarında limandan neft yüklənməyib.

2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən 557 min ton neft alıb. İkinci yerdə 464 min tonla LUKOİL şirkətidir.

2006-cı ilin əvvəlindən AR DNŞ-dən aşağıdakı şirkətlər neft alıb:

Yanvar - Glencore Energy (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore Energy (60 min ton).

Xəbər lenti

Xəbər lenti