...

Türkiyə 2007-ci ildə Azərbaycandan 2 mlrd. m3 qaz alacaq

Energetika Materials 8 Fevral 2006 18:56 (UTC +04:00)

2007-cti ildə Türkiyənin BOTAS şirkəti planlaşdırır ki, Türkiyə Azərbaycandan "ŞahDəniz" yatağından 2 mlrd. m3 qaz idxal etsin. Trend bildirir ki, bu barədə BOTAS-ın rəsmi saytında deyilir. 2008-ci ildə bu göstəricinin 50% artırılaraq 3 mlrd. m3 qaza çatdırılması nəzərdə tutulur. 2009-cu ildə BOTAS 5 mlrd. m3 yanacaq gözləyir, artıq 2010-cu ildən 2020-ci ilədək isə Azərbaycan qazının Türkiyəyə ixracı ildə 6,6 mlrd. m3 təşkil edəcək.

Azərbaycan qazı "Şah-Dəniz" yatağından Türkiyəyə 2006-cı ilin payızından istismara veriləcək Cənuği Qafqaz boru kəməri ilə nəql ediləcək.

2006-cı ildə BOTAS Türkiyənin qaza tələbatını bu yanacaq idxalının proqnozlaşdırılmış 35,766 mlrd. m3 həcmi ilə 32,342 mlrd. m3 həcmində qiymətləndirir. 2006-cı ildə Türkiyəyə daha böyük həcmdə qaz ixracı Rusiyanın payına düşəcək və bu həcm 22 mlrd. m3 yanacaq təşkil edəcək. Qalan hissə İranın (8,6 mlrd. m3), Əlcəzairin (LNG - 4,444 mlrd. m3) və Nigeriyanın (LNG- 1,338 mlrd. m3) payına düşür.

BOTAS-ın saytında qeyd olunur ki, bu ildən Türkiyə Yunanıstana 246 mln. m3 həcmində təbii qazın təkrar ixracına başlamağı nəzərdə tutur.

BOTAS ehtimal edir ki, 2006-cı ildən 2020-ci ilədək (daxil olmaqla) Türkiyə Yunanıstana 4,423 mlrd.m3 qazı təkrar ixrac edəcək. 2008-ci ildən başlayaraq 2020-ci ilədək Yunanıstana təqribən ildə 737 mln. m3 yanacaq ixrac ediləcək. BOTAS-ın məlumatına görə, Türkiyənin qaz əməliyyatlarının müvafiq cədvəli belədir:

Mlrd. m3

2006

2007

2008

2009

2010

2015

2020

Türkiyənin qaza tələbatı

ürkiyənin qaza tələbatı

32,342

34,876

36,354

37,543

38,531

41,062

43,185

Türkiyəyə ümumi qaz tədarükü

ürkiyəyə ümumi qaz tədarükü

35,766

40,638

43,587

47,519

51,058

40,791

40,791


Xəbər lenti

Xəbər lenti