...

Aktau limanı 2006-ci ilin yanvarında neft məhsullarının daşınmasını azaldıb

Energetika Materials 9 Fevral 2006 17:29 (UTC +04:00)

2006-ci ilin yanvarında Xəzərdə yerləşən Qazaxıstanın Aktau limanı neft məhsullarının daşınmasını 682 min ton azaldıb ki, bu da 2005-ci ilin yanvarındakından 121 min ton azdır. Bu barədə Trend Aktau limanının nümayəndələri məlumat verib. 2005-ci ilin dekabrında daşınmalar 800 min ton təşkil edib.

Limanın hazırda neft məhsullarını daşıma qabiliyyəti ildə 11 mln tondur. Liman rəsmi olaraq 1999-cu ilin sentyabrında açılıb.

Qazaxıstan hökuməti Aktaunun gücünün artırılması üçün 58 mln dollarlıq vəsaiti büdcədən ayıra və öz zəmanəti altına götürə bilər. Aktau limanının müasirləşdirilməsi iki universal quru yük gəmisi, iki əsas yüklərin işlənməsi, eləcə də neft terminalı üçün körpünün tikintisini nəzərdə tutur. Limanın müasirləşməsi ümumi yük daşınmalarının (əsasən, neft və neft məhsulları) ildə 15 mln. tona qədər artırmağa imkan verər ki, bu da $100 mln. vəsait tələb edir

2005 -ci ildə Aktau limanından 8,9 mln. ton neft məhsulları daşınıb ki, bu da 2004-cü ildəkindən 7% çoxdur.

Xəbər lenti

Xəbər lenti