...

Bu il Azərbaycanda qazın tarifləri artmayacaq

Energetika Materials 17 Fevral 2006 13:58 (UTC +04:00)

"2006-cı ildə Azərbaycanda qazın tarifləri dəyişməz olaraq qalacaq". Trend in "ANS" telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov məlumat verib. Hazırda 1 m3 qazın qiyməti 236 manatdır. 81 manat məbləğində əvvəlki tarif isə 2004-cü ilin noyabrında indiki həddə çatdırılıb. "Azəriqaz" nümayəndələri qeyd edib ki, yalnız respublikada bütün abunəçilərə sayğacalar quraşdırıldıqdan sonra tariflərə yenidən baxıla bilər.

Ə.Məlikov bildirib ki, QSC-yə qaz çatışmazlığı ilə bağlı abunəçilərdən şikayət daxil olmayıb. Onun sözlərinə görə, "Azəriqaz" abunçilərə tədarük olunan qazın dəyərinin ödənilməsi ilə bağlı şərt qoyub. Əks halda SC qazın verilməsini azaldacaq və hətta tamamilə dayandıracaq.

Hazırda Bakıya təxminən 11,8 mln m3 qaz tədarük olunur, lakin tələbat artıdqca tədarük olunan qazın dəyərinin ödəniş faizi azalıb.

Xəbər lenti

Xəbər lenti