...

Mart ayında Azərbaycan Novorossiyskdən 400 min ton neft satacaq

Energetika Materials 28 Fevral 2006 12:03 (UTC +04:00)

Martda Azərbaycan Novorossiysk limanından 400 min ton Ural növlü neft yükləməyi nəzərdə tutur. Limana yaxın mənbələrin Trend ə verdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) üç tanker partiyası ilə 315 min ton neft, AR DNŞ isə 85 min ton xammal yükləyəcək.

Martda ABƏŞ limanın N1 körpüsündən 145 min ton neft və N2 körpüsündən hər birində 85 min ton neft olan 2 tanker yükləyəcək. AR DNŞ isə N2 körpüsündən 85 min ton xammal satacaq.

AR DNŞ bir partiya neftin satışı üzrə tenderi bu həftə elan edəcək.

Xəbər lenti

Xəbər lenti