...

Azərbaycan avtomobil benzininin ixracını bərpa edib

Energetika Materials 4 Mart 2006 12:37 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkətinin Heydər Əliyev adına Bakı NEZ (keçmiş Azərneftyanacaq) avtomobil benzininin ixracını bərpa edib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Qeyd edək ki, AR DNŞ-in artıq məhsul ehtiyatları ixrac olunur.

"Artıq 2 min ton benzin yüklənib və biz Gürcüstanda bu məhsula olan tələbatı ödəməyə hazırlaşırıq", - deyə şirkətdən bildirilib.

AR DNŞ martın sonunadək H.Əliyev adına zavodda katalitik krekinq qurğusunun işini bərpa etməyi planlaşdırır ki, bu da məhsulun ixrac həcmini artırmağa imkan verəcək.

Dekabrda AR DNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil benzininin tədarükü haqqında müqavilə imzalayıb. Neft məhsulu FOB bazisi ilə Azərneftyağ NEZ-in (AR DNŞ-in tərkibinə daxildir) balansında olan N20 körpüsündən yüklənəcək. Petrofarm XDGİ-yə məxsus tankerlərlə benzini İranın Neka limanına çatdıracaq.

AR DNŞ Gürcüstanın "Saknaftobtransi" dövlət şirkəti ilə də 2006-cı ildə avtomobil benzininin tədarükü haqqında müqavilə imzalayıb. Bu şirkətə ayda 20 min ton benzin tədarük olunacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti