...

ABƏŞ yanvar-fevralda Azərbaycandan neft ixracını artırıb

Energetika Materials 9 Mart 2006 14:37 (UTC +04:00)

2006-cı ilin yanvar-fevral aylarında "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz yatağını mənimsəyən Azərbaycan Beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) müqavilə sahəsində 2 mln. 580 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövründəkindən 1 mln. 455 min ton çoxdur.

ABƏŞ-də Trend ə bildirilib ki, 2006-cı ilin fevralında Bakı-Supsa boru kəməri ilə ("Qərb marşrutu") 534 min ton neft (yanvarda 599 min ton) Azeri Light, Bakı-Novorossiysk ("Şimal" marşrutu) ilə fevralda 316 min ton (yanvarda 339,7 min ton) xammal ixrac edilib. Bu ilin fevralında Gürcüstan istqamətində -Batumi limanına 438 min ton neft (yanvarda 354 min ton) yola salınıb.

Bu ilini iki ayı ərzində ümumilikdə "Qərb" marşrutu ilə 1 mln. 133 min ton, "Şimal" marşrutu ilə 656 min ton, Bakı-Batumi marşrutu ilə 791 min ton neft nəql olunub.

Xəbər lenti

Xəbər lenti