...

PCH Offshore-la bağlı dinləmələr təxirə salınıb

Energetika Materials 9 Mart 2006 18:18 (UTC +04:00)

PCH Offshore şirkətindən qovulmuş əməkdaşların işi üzrə dinləmələr təxirə salınıb. Bu barədə Trend ə Neft və Qaz Sənayesi Fəhlələrinin Həmkarlar İttifaqlarının Respublika Komitəsindən (NQSFHİ RK) məlumat verilib.

Bu yaxınlarda keçirilirən məhkəmə iclasında işin öyrənilməsi ilə bağlı bir sıra səbəblər üzündən dinləmələrin müvəqqəti təxirə salınması barədə razılıq əldə olunmuşdu. "10 gün ərzində məhkəmə iclasının dəqiq tarixi məlum olacaq", - deyə komitədən bildirilib.

PCH Offshore şirkətinin iki keçmiş əməkdaşı Vüsal Cəfərov və Anar Bədəlov əvvəlki iş yerlərinə bərpa olunmaları tələbi ilə şirkəti məhkəməyə veriblər.

Hər iki iddiaçının vəkili elə Bos Shelf şirkətinin hüquqşünası olan Azər Quliyevdir.

Bütün işlərin təşəbbüskarı kimi komitə çıxış edir və o, həm də işin maliyyə tərəfini həll edir.

Xəbər lenti

Xəbər lenti