...

ARDNŞ "Bibi-Heybət" yatağında neft hasilatının effektivliyini öz hesabına artıracaq

Energetika Materials 15 Mart 2006 17:16 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti xarici şirkətləri quruda yerləşən köhnə "Bibi-Heybət" yatağının reabilitasiyası və gələcəkdə daha effektiv surətdə işlənib-hazırlanması layihəsinə cəlb etmək niyyətində deyil. ARDNŞ-dən Trend ə verilən məlumata görə, şirkət əvvəllər "Qarşılıqlı anlaşma haqqında" memorandumun imzalandığı HongKong Oil & Gas LTD ilə bu istiqamətdə işləməyəcək. Memorandumun müddəti 2006-cı ilin yanvarında başa çatıb.

"ARDNŞ "Bibi-Heybət"in reabilitasiyasının və neft hasilatının effektivliyiniy artırılmasının şirkətin öz vəsaiti hesabına həyata keçirilməsinə dair qərar qəbul edil", - deyə şirkətdən bildirilib. 2006-cı il fevralın 1-i üçün "Bibi-Heybətneft" NQÇİ-nin işlək quyular fondu 600 ədəd təşkil edib.

Xəbər lenti

Xəbər lenti