...

Azərbaycan prezidenti TPG-500 platformasının tikintisi ilə tanış olub

Energetika Materials 22 Mart 2006 15:33 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 22-də Şahdəniz TPG-500 dəniz platforması və onunla əlaqədar sualtı özüllərin inşa edildiyi Zığ tikinti-quraşdırma sahəsində olub. Trend in məlumatına görə, bu barədə BP Azərbaijan şirkətinin yaydığı press-relizdə məlumat verilib.

Tamamlama mərhələsində olan inşaat işlərinin tikintisi ilə tanış olmaq məqsədilə prezident ərazini gəzib, rəhbərlik və işçi heyətinin üzvləri ilə görüşüb. Zığdakı tikinti-quraşdırma sahəsi ARDNŞ-ə məxsusdur. O, "Şahdəniz" tərəfdaşları adından VR tərəfindən tam modernləşdirilib.

Hazırda Zığdakı sahədə yüksək keyfiyyətli sexlər, ofislər və körpülərə malik olan tikinti sahəsidir. Bu tikinti sahəsi Technip Maritime Offshore LTD podratçı şirkəti tərəfindən platformaların tikintisi üçün istifadə olunur. Tikinti işlərinin qızğın çağında Zığ tikinti-quraşdırma sahəsində işə təxminən 3500 nəfər cəlb edilib ki, onlardan 80% -i Azərbaycan vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti