...

"Azərenerji" beynəlxalq maliyyə institutları ilə kreditlərin ayrılması üçün danışıqlar aparır

Energetika Materials 27 Mart 2006 14:14 (UTC +04:00)

"Azərenerji" SC beynəlxalq maliyyə institutları ilə bir sıra mühüm layihələrə kreditlərin ayrılması üçün danışıqlar aparır. Layihələr arasında elektrik enerjisinin paylanması məsələsi ilə məşğul olan strukturların formalaşması əsas yer tutur. Trend in sözlərinə görə, bu barədə "Azərenerji"nin mətbuat xiddmətinin yaydığı xəbərdə bildirilir.

Martın 1-dən "Azərenerji" bazarı könüllü olaraq tərk edən "Bayva" şirkəti tərəfindən əvvəllər idarə olunan ölkənin qərb və cənub regionlarındakı paylayıcı şəbəkələri idarə edir.

"Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, ölkənin baş enerji idarəsinin qarşısına qoyduğu birinci növbəli vəzifə göstərilən rayonların elektrik enerjisi ilə etibarlı təminatı, abonentlər tərəfindən tələb olunan elektrik enerjisinə nəzarətin uçotu üçün sayğacların quraşdırılmasıdır.

Hər bir evdə fərdi ölçmə cihazlarının mövcudluğu və oradakı göstəricilərin ödənişininin məcburi olması abonentləri elektrik enerjisinə qayğı və səmərəli yanaşmağa məcbur edir. Belə yanaşma, yerli elektrik şəbəkəsində yüklənməni aşağı salır və bu da işin fasiləsizliyini və sabitliyini təmin edir.

M.Əsgərov Azərbaycan rayonlarının elektrik təsərrüfatlarının pis vəziyyətdə olduğunu etiraf edib. Elektrikverici xəttlər və transformatorlar mövcud yüklənmə üçün hesablanmayıb və öz işləmə müddətini çoxdan başa vurub.

Yerli şəbəkələrin yenidən qurulması proqramı aktual və zəruridir. "Onun reallaşması böyük kapital qoyuluşu tələb edir. Onlardan bir hissəsini "Azərenerji" yerli və xarici bankların kreditləri vasitəsilə cəlb etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti